AZ

Müntəzəm qida əlavəsi qəbulu qadının qaraciyərini SIRADAN ÇIXARDI

Kareliyada qida əlavələri qadının qaraciyərini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Kareliya Respublikasında yaşayan bir qadının bioloji aktiv qida əlavələrindən (BAƏ) hədsiz istifadə etməsi onun sağlamlığında ağır fəsadlar yaradıb.

Pasiyentin iki il boyunca hər gün müntəzəm olaraq 5-6 müxtəlif növ qida əlavəsi qəbul etdiyi məlum olub.

Onun gündəlik rasionuna maqnezium, D vitamini, B qrupu vitaminləri və digər preparatlar daxil olub.

Aparılan tibbi analizlər qadının qaraciyər hüceyrələrinin ciddi zədələndiyini və transaminaza səviyyəsinin normadan dəfələrlə yüksək olduğunu göstərib.

Hazırda xəstəni uzunmüddətli bərpa prosesi gözləyir. Həkimlər qadına bütün növ qida əlavələrindən imtina etməyi və ciddi pəhriz saxlamağı tapşırıblar.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, həkim nəzarəti olmadan qəbul edilən vitamin və əlavələr daxili orqanlar üçün toksik təsir yarada bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr