AZ

Niderlandda FACİƏ: 80 yaşlı ər-arvad cərimə və köçürülmə qorxusundan İNTİHAR ETDİ

Niderlandda yaşlı cütlük bağ evindən çıxarılmamaq üçün intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Niderlandda 80 yaşdan yuxarı olan cütlük bağ evindən məcburi şəkildə çıxarılmamaq üçün həyatlarına son qoyublar.

Ölkədəki mənzil çatışmazlığı səbəbindən həmin şəxslər bağ qəsəbəsindəki öz bunqalo tipli evlərində yaşayırmışlar.

Lakin yerli bələdiyyə bağ evində qanunla müəyyən edilmiş altı aylıq yaşayış müddətini keçdiklərinə görə onları evdən çıxarmağa hazırlaşırmış.

Üstəlik, yaşlı cütlük bu qayda pozuntusuna görə 30 000 avro (təxminən 54 300 manat) məbləğində cərimə edilib.

Getməyə başqa yerləri olmayan və cəriməni ödəyə bilməyən yaşlı insanlar çıxış yolunu intiharda görüblər.

Qeyd olunur ki, yerli sakinlər üçün mənzil problemi bu dərəcədə kəskinləşdiyi bir vaxtda Niderland hökuməti vergi ödəyicilərinin vəsaiti hesabına ölkədə daha 100 000 immiqrantı yerləşdirməyə hazırlaşır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr