AZ

Basketbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı məlum olub - YENİLƏNİR

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, yarımfinalda “Ordu” klubu ilə qarşılaşan “Sabah” 83:66 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.

Yarımfinalın ikinci matçı isə “Gəncə” və “Şəki” arasında keçiriləcək. Görüş bu gün saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək.

13:45

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin matçları keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilk qarşılaşma saat 18:00-da “Ordu” və “Sabah” komandaları arasında baş tutacaq.

Yarımfinalın ikinci oyunu isə “Gəncə” və “Şəki” komandaları arasında olacaq. Bu görüş saat 21:00-da start götürəcək.

Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı fevralın 22-də keçiriləcək və oyun saat 17:00-da başlanacaq.

İdman.Biz
Seçilən
23
1
idman.biz

3Mənbələr