AZ

Tanınmış baron qar uçqununda ÖLDÜ

Dortmundlu baron İsveçrədə qar uçqunu altında qalaraq həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Dortmunddakı Bodelsvinq qəsrinin sahibi, 49 yaşlı baron Feliks tsu Kniphauzen fevralın 17-də İsveçrə Alplarında baş verən qar uçqunu nəticəsində həyatını itirib.

Qar kütləsi o, 15 yaşlı oğlu və digər xizəkçilərlə birlikdə xizək zolağından kənar ərazidə hərəkət edərkən qəfildən aşağı yuvarlanıb.

Nəticədə ata və oğul qar altında qalıb. Xilasedicilər yeniyetməni vaxtında çıxarmağı bacarıblar, onun fiziki xəsarət almadığı bildirilir.

Hadisə yerinə “Rega” xidmətinin iki və “Swiss Helicopter” şirkətinin bir helikopteri, habelə dağ-xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Mütəxəssislərin baronu reanimasiya etmək cəhdləri nəticə verməyib və o, hadisə yerində dünyasını dəyişib.

Hazırda faciənin təfərrüatları Qraubünden kantonunun polisi və prokurorluğu tərəfindən araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr