Bakı. Trend:
Amerikanın Los-Anceles şəhərində astrofizik Karl Qrillmayr (CarlGrillmair-ing.) öz evinin önündə güllələnib.
Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.
Alim başqa planetlərdə suyun mövcudluğuna dair iddialıaraşdırmaları ilə tanınırdı.
Məlumata görə, polis artıq qətldə şübhəli bilinən bir nəfərisaxlayıb. Ona qarşı adam öldürmə, avtomobil qarəti və evə basqınittihamları ilə cinayət işi açılıb.
Qeyd edək ki, alimin 67 yaşı var idi. O Kaliforniya Texnologiyaİnstitutunun elmi əməkdaşı olub. 2007-ci ildə Qrillmayr Günəşsistemindən kənarda yerləşən planetlərin birində suyun mövcudluğunadair əlamətlərin olduğu barədə məqalə dərc etdirmişdi. Astrofizikeyni zamanda NASA ilə əməkdaşlıq edib. O “Habbl” orbital teleskopuilə əldə olunan məlumatların təhlili ilə məşğul olub.