AZ

Nəriman Axundzadə onunla komanda yoldaşı oldu - FOTO

ABŞ-nin "Columbus Crew" klubu portuqaliyalı yarımmüdafiəçi Andre Gomesi transfer edib.

Milli.Az xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb və anlaşmada müddətin daha bir il uzadılması imkanı da var.

Karyerası ərzində Benfica, Valencia CF, FC Barcelona, Everton F.C. və Lille OSC kimi klublarda çıxış edən Qomeş "Barselona" ilə La Liqa və kubok titulları qazanıb, həmçinin 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu olub.

Xatırladaq ki, "Columbus Crew"  klubu bu yaxınlarda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni də heyətinə cəlb edib. N.Axundzadənin ABŞ klubu ilə imzaladığı müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Okeanın o tayı təmsilçisi bu transfer qarşılığında "Qarabağ"a 1 milyon avrodan bir qədər artıq vəsait ödəyəcək. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
54
milli.az

1Mənbələr