AZ

Xocalı itkinləri və humanitar məsuliyyət Bakıda müzakirə olunub

"Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. Xocalı faciəsi yüzlərlə günahsız insanın həyatına son qoymuş, minlərlə ailənin taleyində sağalmaz yaralar açmışdır. Xüsusilə itkin düşmüş şəxslərin taleyi bu gün də cavabsız sual olaraq qalır. Bu məsələ həm hüquqi, həm də humanitar baxımdan beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalıdır”.

QHT.az xəbər verir ki, bu sözləri Bu gün Bakı şəhərində, “World Business Center”in Konfrans zalında Azərbaycan Milli QHT Forumu tərəfindən “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masanın moderatoru, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib. QHT sədri çıxışı zamanı tədbirin məqsəd və gözləntiləri barədə məlumat verib, mövzunun aktuallığını diqqətə çatdırıb.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Moderator qeyd edib ki, dəyirmi masa çərçivəsində Xocalı hadisələrinə tarixi baxış keçiriləcək, Xocalı itkinlərinin humanitar faciə kimi qiymətləndirilməsi məsələsi müzakirə olunacaq, hadisələrin hüquqi və beynəlxalq aspektləri təhlil ediləcək.

"Tədbir interaktiv formatda təşkil olunub və müzakirələrin sonunda iştirakçıların fikir və təkliflərini səsləndirməsi üçün açıq müzakirə hissəsi nəzərdə tutulub".

Seçilən
35
qht.az

1Mənbələr