AZ

"Şamaxinka"da işıqforlar istifadəyə verilib

Bakı, 20 fevral, AZƏRTAC

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq işıqforlarla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

NİİM-dən AZƏRTAC-a verilən məlumata görə, istifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin həmin kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.

 

Seçilən
68
20
azertag.az

10Mənbələr