AZ

Azərbaycan dövləti güclü liderliyi və prinsipial mövqeyi ilə çirkin ssenariləri dəfələrlə puça çıxarıb – Deputat

Bakı. Trend:

Xaricdə yaşayan bir qrup anti-azərbaycanlı ünsürün növbəti dəfəçirkin niyyətlərini açıq şəkildə ortaya qoyması heç kim üçüntəəccüblü deyil. Bu radikal və aqressiv qrup özlərinin mənəvisəviyyəsinə uyğun davranış sərgiləyərək ABŞ-nin paytaxtı Vaşinqtonşəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinqaldığı hotelə zorla daxil olmağa cəhd göstəriblər.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyailə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu ünsürlər qeyri-etik ifadələr, təhqir vəzorakılığa çağırışlarla müşayiət olunan davranışları ilətəhlükəsizlik kordonunu yarmağa çalışıblar:

“Sosial şəbəkələrdə yayılmış videolardan da açıq-aşkar görünürki, məqsəd təkcə səs-küy yaratmaq deyil, həm də dövlətimizinbaşçısının təhlükəsizliyinə kölgə salmaq, Azərbaycan dövlətinəqarşı düşmən münasibəti nümayiş etdirmək olub. Xüsusilə vurğulamaqlazımdır ki, bu cür ünsürlər nə söz azadlığını, nə də “etirazhüququnu” təmsil edir. Onlar siyasi sifarişlə hərəkət edən, radikaldüşüncə ilə zəhərlənmiş, nifrət və Azərbaycan dövlətinə qarşıdüşmənçilik üzərində varlığını quran marginal qruplardır”.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidentinəqarşı yönələn istənilən təzyiq və ya təxribat cəhdi bütövlükdədövlətimizə qarşı atılmış addımdır:

“Prezident İlham Əliyev Azərbaycanı təmsil edir və onuntəhlükəsizliyinə, nüfuzuna və fəaliyyətinə qarşı yönələn hər hansıaqressiv addım birbaşa ölkəmizə qarşı yönəlmiş addımdır. Harada başverməsindən asılı olmayaraq, bu kimi hadisələr Azərbaycan dövlətinəqarşı aparılan qarayaxma və təzyiq kampaniyalarının tərkib hissəsikimi dəyərləndirilməlidir. Xüsusilə diqqətçəkən məqam ondanibarətdir ki, bu təxribat Ermənistanla sülh sazişinin imzalanmalıolduğu bir ərəfədə baş verir. Təsadüfi deyil. Məhz bu mərhələdəbəzi revanşist və radikal qüvvələr regionda dayanıqlı sülhünbərqərar olmasını əngəlləmək, gərginliyi yenidən alovlandırmaq vəkonstruktiv prosesi pozmaq üçün hərəkətə keçiblər. Onlar anlayırlarki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri onlarınillərlə qidalandığı münaqişə və xaos siyasətini iflasauğradır”.

S.Salmanova qeyd edib ki, Azərbaycan dövləti güclü liderliyi vəprinsipial mövqeyi ilə bu cür çirkin ssenariləri dəfələrlə puçaçıxarıb:

“Bu dəfə də həmin qüvvələrin niyyəti ifşa olundu. Sülhə qarşıolanlar əslində regionun sabitliyinə, xalqların təhlükəsizgələcəyinə qarşı çıxanlardır. Onlar bilməlidirlər ki, Azərbaycanxalqı öz Prezidentinin ətrafında sıx birləşib və Prezident İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, prinsipial vəmilli maraqlara söykənən daxili və xarici siyasəti tam şəkildədəstəkləyir. Prezident İlham Əliyev müasir Azərbaycan dövlətiningüclənməsini təmin edən, ölkəni regional və qlobal miqyasda sözsahibi edən lider kimi tarixi məsuliyyəti qətiyyətlə daşıyır. Onunardıcıl siyasi xətti Azərbaycanın suverenliyini, təhlükəsizliyinivə beynəlxalq nüfuzunu möhkəmləndirib, regionda sülh və əməkdaşlıqüçün real zəmin yaradıb. Bu gün aparılan siyasət milli maraqlara,praqmatik hesablamalara və uzunmüddətli strateji baxışa əsaslanır.Məhz buna görə də bu kimi təxribatlar, aqressiya və ucuz şoularAzərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Prezident İlhamƏliyevin qətiyyətli mövqeyi və xalqımızın dəstəyi ilə Azərbaycansülh yolunda inamla irəliləyir və bu yoldan geri dönməyəcək”.

Seçilən
9
az.trend.az

1Mənbələr