İspaniyalı xizəkçi Oriol Kardona Kol XXV Qış Olimpiya Oyunlarının qalibi olmaqla ilkə imza atıb.
"Report" xəbər verir ki, o, 1972-ci ildən bəri Qış Olimpiya Oyunlarında qızıl medal qazanan ilk ispan idmançı olub.
O, bu uğura fevralın 19-da keçirilən sprint yarışında nail olub.
Sonuncu dəfə bu nailiyyəti dağ xizəkçisi Fransisko Fernandes Oçoa 54 il əvvəl slalom yarışında qazanmışdı.