AZ

"İlham Əliyevin apardığı siyasət bu gün öz bəhrəsini verir" - Aydın Mirzəzadə

"Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı, İlham Əliyevin qətiyyəti və dəstəyi Azərbaycan dövlətinin haqq işində mühüm rol oynayır. Ümummilli lider siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin apardığı siyasət bu gün öz bəhrəsini verir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə bildirdi.

O qeyd etdi ki, Amerika Prezidentinin cənab Əliyevlə səmimi şəkildə görüşməsi Azərbaycan dövlətinə verilən yüksək qiymətin göstəricisidir:

"Bu, təkcə Donald Trampın fikri deyil, onunla eyni mövqeni bölüşən Amerika siyasətçilərinin də yanaşmasıdır. Bu, Amerika cəmiyyətində fərqli mövqelərdən birini təmsil edən Respublikaçılar Partiyasının Azərbaycanla bağlı artıq formalaşmış mövqeyidir. Prezidentimizin liderlik xüsusiyyətləri həm dünya siyasətində, həm də daxili siyasətdə mühüm rol oynayır".

Nuriyyə NATİQQIZI

Seçilən
61
1
redaktor.az

2Mənbələr