AZ

Sülh Şurasının xüsusi mükafat fondu da təsis edilməlidir Eks deputat

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

İclasda ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi:

“Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz”.

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasından sonra yekun qətnaməni imzalayıb.

Məsələ ilə bağlı müzakirələr davam edir.

Eks-deputat Etibar Əliyev bu barədə Gununsesi.info-ya danışıb.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında yaranan münaqişənin baiskarı Mixail Qorbaçov və erməni millətçiləri oldu.

“Trampın BMT-nin fəaliyyətsizliyinin fonunda Sülh Şurasının yaradılması təşəbbüsü rasionaldır”, – deyə o, həmçinin qeyd edib.

Etibar Əliyev onu da bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər Donald Trampın Sülh Şurasının yaradılması ideyasının fəlsəfəsini ehtiva edir.

Etibar Əliyev son olaraq deyib:

“Hesab edirəm ki, Sülh Şurasının xüsusi mükafat fondu da təsis edilməlidir. Bu, “Tramp sülh mükafatı” da adlandırıla bilər. Mükafat dünyada ədalətli sülhün bərqərar olunmasına verdikləri töhfələrə görə dövlət başçılarına, nüfuzlu ictimai-siyasi xadimlərə və beynəlxalq təşkilatlara verilməlidir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
icma.az

1Mənbələr