AZ

Rusiyanın neft tankerlərini “qara siyahı”da

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyası 20-ci sanksiya paketi çərçivəsində Rusiya neftini daşıyan tankerlərin tutulması və yoxlanması üçün hüquqi əsaslar hazırlayır. 

Məqsəd bu tankerlərin dəniz nəqliyyatına qadağa qoymaq və “qara siyahı”ya daxil etməkdir.

“Cebheifo.az” xəbər verir ki, bu plan bəzi Aİ ölkələri arasında dənizdə Rusiya ilə birbaşa hərbi qarşıdurma riski yaratdığı üçün ciddi narahatlıq doğurur. Diplomatik mənbələr bildirirlər ki, belə birtərəfli tədbirlərin qanuniliyi Rusiya və bir çox digər ölkələr tərəfindən tanınmayacaq. 

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen neft daşınmasına qadağanı G7 ölkələri ilə əməkdaşlıq çərçivəsində tətbiq etməyi təklif edib. Plan çərçivəsində 43 əlavə tanker qara siyahıya alınacaq və ümumi say 640-a çatacaq. 

Aİ Xarici Xidmətlər Direktoru Kaja Kallas bildirib ki, qadağa neft daşınması xidmətlərinə aid olacaq və buzqıranlar, LNG tanker operatorları da əhatə olunacaq. Sanksiya paketinin bütün 27 Aİ ölkəsi tərəfindən təsdiqlənməsi üçün son tarix 23 fevraldır. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr