AZ

Türkiyədə futbolda qanunsuz mərc və oyun alveri ilə bağlı növbəti əməliyyat keçirilib

İstanbul, 20 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyədə futbolda qanunsuz mərc və oyun alveri istintaqı çərçivəsində növbəti əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində keçirilən yeni əməliyyat zamanı 33 ünvanda daha 32 şübhəli saxlanılıb.

Peşəkar futbol liqalarında mübarizə aparan futbol klublarının rəhbərləri barəsində aparılan araşdırma nəticəsində bu şəxslərdən bəzilərinin mövcud mərc hesabları, xüsusilə rəhbəri olduğu komanda ilə başqa bir komanda arasında keçirilən futbol oyunu zamanı rəqib komandaya mərc etdiyi müəyyən olunub.

Seçilən
73
1
azertag.az

2Mənbələr