AZ

Medvedçuk: Epşteynin lobbisi uzun müddətdir Ukrayna siyasətində aktivdir- ÖZƏL

"Digər Ukrayna" hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş "Müxalifət Platforması- Həyat Naminə" partiyasının keçmiş lideri Viktor Medvedçuk pedofiliyada ittiham olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynin cinayət işi materiallarında Ukrayna ilə bağlı izlərin "kifayət qədər" yer aldığını bildirib. Olaylar.az xəbər verir ki, Medvedçuk öz müəllif yazısında qeyd edib ki, Epşteynin nəzarət etdiyi Gratitude America Ltd. fondu 2008-ci ildə Clinton Foundationa 1 milyon dollar köçürüb. Onun iddiasına görə, vəsait ukraynalı iş adamı Viktor Pinçukun ianəsi kimi göstərilib və ödəniş Epşteynin fondunun bank hesabı vasitəsilə həyata keçirilib. Medvedçuk bu faktı Epşteyn, ABŞ-ın 42-ci prezidenti Bill Clinton və Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın ailəsi ilə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr