AZ

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi istiqamətində Yol Xəritəsi hazırlanıb

Bakı, 20 fevral, AZƏRTAC

Avstriyanın paytaxtı Vyanada ATƏT PA-nın 25-ci qış sessiyasında iştirak edən TÜRKPA nümayəndə heyəti burada bir sıra görüşələr keçirib.

AZƏRTAC xəbər verir ki, Baş katib Ramil Həsənin rəhbərliyi altında xüsusi qonaq statusu ilə Plenar Sessiyaya qatılan TÜRKPA nümayəndə heyəti sessiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Özbəkistan nümayəndə heyətləri ilə görüşüb.

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı başladılan proseslə əlaqədar geniş fikir mübadiləsi aparılıb. TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən bununla bağlı artıq imzaların toplanıldığı, eləcə də Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində zəruri prosedurların başa çatdırıldığı barədə məlumat verilib.

Eyni zamanda, bundan sonrakı mərhələdə həm ATƏT PA-nın Bürosunda, həm də Daimi Komitəsində məsələnin müzakirəyə çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb. TÜRKPA-nın müşahidəçi statusu əldə etməsi istiqamətində konkret nəticələrin əldə edilməsi üçün nümayəndə heyətləri tərəfindən ortaq Yol Xəritəsinin həyata keçirilməsi qərara alınıb.

Seçilən
75
2
azertag.az

3Mənbələr