AZ

Tesla dan böyük qiymət endirimi

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Tesla şirkətinin internet saytındakı yenilənmiş qiymət siyahısına əsasən, ən bahalı Cybertruck versiyası olan Cyberbeast modelinin ABŞ satış qiymətini 114 990 dollardan 99 990 dollara endirilibb.

Marja xəbər verir ki, təxminən 15 min dollarlıq bu endirim ilə model yenidən 100 min dollar psixoloji səviyyədən aşağı düşmüşdür.

“Luxe Package” paketi ləğv edilib

Qiymət endirimi ilə Tesla-nın ötən ilin avqust ayında təqdim etdiyi “Luxe Package” paketini də deaktiv edib.

Sözügedən paket - Supervised Full Self-Driving (Nəzarət altında Tam Avtonom Sürüş) və Supercharger şəbəkəsinə pulsuz giriş kimi üstünlükləri əhatə edirdi.

Bu addım qiymət endiriminin avadanlıq sadələşdirilməsi ilə həyata keçirildiyini ortaya qoyur.

Digər Cybertruck modellərində dəyişiklik yoxdur

Cybertruck ailəsinin digər versiyalarında hər hansı qiymət yeniləməsi aparılmayıb. Endirim yalnız ən yüksək təchizatlı Cyberbeast modelini əhatə edir.

Tesla ayın əvvəlində ən çox satılan SUV modeli olan Tesla Model Y üçün də yeni qiymət variantı elan etmişdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
2
marja.az

3Mənbələr