AZ

Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu

Tanınmış loğman, yazıçı-jurnalist Ərşad Əzimzadə “İnci” şirkətində işə qəbul olunub.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır.

Ə.Əzimzadə bununla bağlı deyib:

“Bu gün, 19 Fevral 2026-cı il tarixində, 92 il yaşında olduğum bir vaxtda, "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşləyəcəyim "İzə" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İnci" şirkəti bacardı”.

Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan ol ub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan” kimi aparıcı qəzetlədə müxbir işləyib.

Seçilən
74
10
publika.az

10Mənbələr