AZ

Bu artıq əxlaqsızlığın son damlasıdır- ÖZƏL

Sülh Şurasının iclasında iştirak etmək üçün Donald Trampın dəvəti ilə  Vaşinqtonda səfərdə olan Prezident İlham Əliyevin qaldığı otelin ətrafında xüsusi öyrədilmiş qüvvə təxribatçı hərəkətlər edib. Mühüm bir dövlət tədbirinə, onun əhəmiyyətinə kölgə salmaq istəyənlərin qarşısı Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ polisinin birlikdə çevik reaksiyası ilə alınıb. Anti-Azərbaycan qüvvələrin göstərişi ilə hərəkət edən bu ünsürlər Prezidentin qaldığı otelə soxulmağa cəhd ediblər. Bu təxribatın arxasında görünən nədir? "Olaylar"ın məlumatına görə, "Cumhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov bildirib ki, anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilənlər söyüş müxalifəti ilə eyni mənbədən qidalanır. Onların hərəkəti bütün əxlaq qanunlarını tapdayıb keçir: 
"Bu adamlar düşüncələrindəki qaragüruh təfəkkürü ilə hansı mübarizədən danışırlar? Söyüşü, təhqiri həyat kredolarına çevirənlər  sabah imkan tapsalar qarşılarına çıxan hər kəsi söyərlər, şantaj edərlər. Düşüncələri, aldıqları tərbiyə, gördükləri əxlaq budur. 
Azərbaycandakı ailə mədəniyyətini özlərinin təlimat aldıqları mərkəzlərdəki tərbiyəyə dəyişənlər əgər ailəyə dil uzadırlarsa, bu artıq əxlaqsızlığın son damlasıdır.
Bizim heç bir zaman mübarizəmizdə ailə olmadı, əxlaqdan kənara çıxılmadı. Bu ünsürlər isə milli mentalitetimizi zəhərləməklə məşğuldurlar. Prezidentə və onun ailəsinə qarşı təşkil olunan şantaj, böhtan xalqa və dövlətə yönəlmiş hücumdur. Məqsəd Azərbaycan dövlətini gücsüzləşdirmək, nüfuzuna xələl gətirməkdir.
Müasir texnoloji metodlarla, süni intellektlə öz çirkin əməllərini davam etdirirlər. Bu sistemli və vahid bir mərkəzdən idarə olunan təxribat və hücumların qarşısında xalqımız mətindir. Təxribat ünsürləri, oyuncağa çevrilmiş buqələmunlar dəstəsi isə məğlubdur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr