AZ

Gündəm olan “donuz əti” açıqlaması

ain.az bildirir, Olay.az portalına istinadən.

“Aynı Yağmur Altında” serialı son günlər “donuz əti” səhnəsinə görə tənqidlərin mərkəzindədir.

OLAY yazır ki, layihənin istehsalçısı olan “Baba Yapım“ mövzu ilə bağlı açıqlama yayıb və bildirib:

“Serialımızın sosial mediada manipulyasiya edilən süfrə səhnəsi inanc və ya həyat tərzi qarşıdurması deyil, təkəbbürlə nəzakət arasındakı qədim mübarizənin müasir təsviridir. Səhnə kontekstindən qoparılmadan izlənildikdə, iddia edildiyinin əksinə olaraq, qütbləşdirici deyil, ictimai həmrəyliyin və ortaq əxlaqın əhəmiyyətini göstərir”.

“Baba Yapım“ açıqlamasını belə davam etdirib:

“Qurulan həmin süfrə ayrılıq məkanı deyil; əksinə, ən kəskin fikir ayrılıqlarının belə ümumbəşəri dəyərlər qarşısında necə aradan qalxa biləcəyinin göstəricisidir. Səhnənin gücü, kobudluğa və nəzakətsizliyə verilən reaksiyanın ‘qarşı tərəfdən’ deyil, məhz həmin kobud davranışı sərgiləyən obrazın öz ailəsindən gəlməsindədir. Obrazlarımızın nümayiş etdirdiyi bu fəzilətli mövqe qütbləşmənin çarəsinin öz içimizdəki yanlışlara ‘dayan’ demək cəsarətində olduğunu göstərir. Bu, həm də əxlaq və hörmətin heç bir ideoloji çərçivəyə sığmayacaq qədər böyük, heç bir kimliyə həbs edilə bilməyəcək qədər ümumbəşəri bir mövqe olduğunun sübutudur”.

Şirkət sonda əlavə edib:

“Baba Yapım“ olaraq insanı insan edən dəyərlərin süni gündəmlərdən daha köklü və sarsılmaz olduğuna inanırıq. Serialımızın kontekstindən qoparılaraq manipulyasiya edilən bir səhnəsi üzərindən aparılan müzakirələr bizi ruhdan salmayıb, əksinə, bir-birimizin həssaslıqlarına sahib çıxaraq eyni yağışın altında birlikdə yürümək inamımızı daha da gücləndirib. Bilirik və inanırıq ki, külək hansı istiqamətdən əsirsə-əssin, eyni yağışın altında islananların sığınacağı yeganə liman bir-birlərinə duyduqları sarsılmaz hörmətdir. İctimaiyyətə hörmətlə çatdırılır“.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
olay.az

1Mənbələr