AZ

İtaliya Səudiyyə Ərəbistanına C-27J dəniz patrul təyyarələri tədarük edəcək

İtaliyanın “Leonardo” şirkəti Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə dörd ədəd C-27J dəniz patrul təyyarəsi (MPA) tədarük edəcək.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, bu təyyarələr müasir sualtı və suüstü təhdidlərə qarşı mübarizə, axtarış-xilasetmə, eləcə də nəqliyyat və hava desantı tapşırıqlarının icrası üçün nəzərdə tutulub.

Çatdırılmaların 2029-cu ildən başlayaraq Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinə (HDQ) verilməsi planlaşdırılır. Bununla da Səudiyyə Ərəbistanı C-27J platformasının dünyada 21-ci operatoru olacaq.

Bildirilib ki, sözügedən müqavilə “Leonardo” ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın gücləndiyini göstərir. 2025-ci ilin yayında ölkə daxilində yanğınsöndürmə, yük daşınması və tibbi təxliyə məqsədilə iki C-27J təyyarəsinin alınmasından sonra yeni sifariş Krallığın parkını daha da genişləndirir. Həmçinin bu, C-27J dəniz patrul təyyarəsi versiyasının ilk dəfə dəniz silah sistemlərinin inteqrasiyası imkanı ilə sifariş edilməsi kimi diqqət çəkir və platformanın çoxşaxəli imkanlarını nümayiş etdirir.

C-27J MPA versiyası, C-27J “Spartan Next Generation” hərbi nəqliyyat təyyarəsinin bütün əsas xüsusiyyətlərini qoruyur. Buraya müasir avionika, naviqasiya, rabitə, identifikasiya və özünümüdafiə sistemləri daxildir. Bu sistemlər müxtəlif hava şəraitində, həm hərbi, həm də mülki hava məkanında, yüksək riskli mühitlərdə təhlükəsiz və aşağı iş yükü ilə əməliyyatlara imkan yaradır.

Çoxmühitli müşahidə imkanlarını təmin etmək üçün təyyarə səth və sualtı hədəflərin aşkarlanması, identifikasiyası və izlənməsi üçün optimallaşdırılmış sensorlarla təchiz olunub. Bu sensorlar “Leonardo” şirkətinin “Airborne Tactical Observation and Surveillance” missiya idarəetmə sistemi ilə inteqrasiya olunub və məlumatların birləşdirilməsini təmin edir. Kompleks rabitə sistemi real vaxt rejimində məlumat mübadiləsinə və BLOS şəraitində belə digər bölmələrlə koordinasiyaya imkan yaradır.

Dəniz patrulu və müşahidə funksiyalarına əlavə olaraq, C-27J MPA torpedolar, gəmiəleyhinə raketlər və bombalar daşıya bilir. Missiya idarəetmə konsolları çıxarıldıqda isə kabinə sürətlə yenidən konfiqurasiya olunaraq nəqliyyat, desant və tibbi təxliyə tapşırıqlarını yerinə yetirə bilir ki, bu da istifadəçiyə yüksək elastiklik verir.

C-27J-nin dəniz patrul variantları artıq ABŞ Sahil Mühafizəsi tərəfindən də istifadə olunur.

Seçilən
6
poliqon.az

1Mənbələr