AZ

Qədim insanlar çənə üzərində mürəkkəb əməliyyatlar aparırmış —2,5 min illik tibbi möcüzə

Altayda eramızdan əvvəl dəfn olunmuş qadının kəlləsi üzərində aparılan araşdırma alimləri heyrətləndirib.

Novosibirsk Dövlət Universitetinin tədqiqatçıları kompüter tomoqrafiyası vasitəsilə qadının sağ gicgah-çənə oynağının ciddi zədələndiyini müəyyən ediblər.

Məlum olub ki, qadın ağır baş travması alıb və nəticədə oynaq demək olar dağılıb. Buna baxmayaraq, onun qəbilə üzvləri cərrahi müdaxilə edərək zədələnmiş nahiyəni bərpa etməyə çalışıblar. Kəllədə süni mənşəli deşiklərin aşkar edilməsi göstərir ki, kanala heyvan vətəri və ya at tükü yerləşdirilib.

Alimlərin qənaətinə görə, əməliyyat uğurlu alınıb - qadın sonradan danışa, qidalana və uzun illər yaşaya bilib. Araşdırma müəllifləri qeyd edir ki, bu cür mürəkkəb tibbi manipulyasiyalar barədə elmi mənbələrdə indiyədək demək olar heç bir məlumat qeydə alınmayıb. Musavat.com.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr