AZ

Beynəlxalq Valyuta Fondu Azərbaycanın dövlət borcu üzrə proqnozlarını verdi

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən,Azərbaycanın dövlət sektorunun borc yükü 2031-ci ilədək aşağısəviyyədə qalacaq.

Trend bu barədəfonda istinadən xəbər verir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2025-ci ildəÜDM-in 20,1 faizi səviyyəsində olan dövlət borcu 2026-cı ildə ÜDM20,7 faizi səviyyəsində olacaq. Gözlənilir ki, 2027-ci ildə borcsəviyyəsi cüzi artaraq 20,9 faizə yüksələcək, bundan sonra isə2028-ci ildə 20,7 faizə və 2029-cu ildə 20,4 faizə enəcək.

Fondun qiymətləndirməsinə görə, azalma tendensiyası davam edəcək— 2030-cu ildə 19,9 faizə və 2031-ci ilə qədər 19,6 faizədüşəcək.

Müqayisə üçün qeyd edək ki, dövlət borcu 2023-cü ildə ÜDM-in21,8 faizini, 2024-cü ildə isə 21,7 faizini təşkil edib.

BVF-nin proqnozları dövlət və dövlət zəmanətli ümumi borcun dahanəzərəçarpacaq dərəcədə azalacağını göstərir. Gözlənilir ki, bugöstərici 2025-ci ildə qiymətləndirilən 28,2 faizdən 2026-cı ildəÜDM-in 25,3 faizinə qədər enəcək.

Daha sonra göstəricinin 2027-ci ildə 24,4 faiz, 2028-ci ildə23,6 faiz və 2029-cu ildə 22,9 faiz olacağı, ardınca isə 2030-cuildə 21,9 faizə və 2031-ci ilə qədər 20,8 faizə qədər azalacağıproqnozlaşdırılır.

Müqayisə üçün qeyd edək ki, əvvəllər bu genişləndirilmiş borcgöstəricisi xeyli yüksək səviyyədə olub — 2023-cü ildə ÜDM-in 38,7faizi və 2024-cü ildə 37,5 faizi.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 1 yanvar2026-cı il tarixinə xarici dövlət borcu 4,8135 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2025-ci il üzrə faktiki ÜDM-in (129,094milyard manat və ya 75,94 milyard ABŞ dolları) 6,3 faizinəbərabərdir.

Nazirlikdən bildirilib ki, 1 yanvar 2026-cı il tarixinə daxilidövlət borcu 17,8045 milyard manat olub ki, bu da 2025-ci il üzrəfaktiki ÜDM-in 13,8 faizinə uyğundur.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr