AZ

Venesuelada son 27 ildə həbs olunan bütün siyasi məhbuslar azad edilir

Venesuela Milli Assambleyası (parlamenti) 1 yanvar 1999-cu ildən 2026-cı ilə qədər məhkum edilmiş siyasi məhbusların azad edilməsini nəzərdə tutan Demokratik Birgə Yaşamaq üçün Əfv Qanununu yekdilliklə qəbul edib.

Parlamentdəki səsverməni Venezolana de Television telekanalı yayımlayıb.

Ümumi əfv təşəbbüsü 2026-cı ilin yanvar ayının sonlarında Prezident vəzifəsini icra edən Delsi Rodrigez tərəfindən elan edilib. Rodrigezin sözlərinə görə, siyasi məhbusların azad edilməsi ölkədə milli barışığa, sülhə və demokratik islahatlara töhfə verməlidir. Bəşəriyyətə qarşı ağır cinayətlərdə, insan hüquqlarının pozulmasında, qəsdən adam öldürmədə, korrupsiyada və narkotik qaçaqmalçılığında məhkum edilmiş məhbuslar əfv olunmaq hüququna malik deyillər. Qanun Venesuelanın səlahiyyətli prezidenti tərəfindən imzalandıqdan və Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək. Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr