AZ

ABŞ bombardımançıları yüksək hazırlıq vəziyyətinə gətirildi

2025-ci ildə İranın hərbi obyektlərinə qarşı zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin "B-2 Spirit" strateji bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Missiya.Az xəbər verir ki, Karib dənizi hövzəsindən İrana doğru gedən ABŞ-nin ikinci aviadaşıyıcı qrupu bu həftənin sonu və ya gələn həftənin əvvəlində Aralıq dənizinə çata bilər.

Gözlənildiyi kimi, "Gerald R. Ford" təyyarədaşıyan gəmisi Təl-Əvivi və digər İsrail şəhərlərini İranın potensial cavab zərbələrindən qorumaq üçün bu ölkənin yaxınlığında yerləşdiriləcək.

Qeyd edək ki, bundan öncə yayılan məlumata görə, ABŞ Administrasiyası artıq fevralın 21-də İrana qarşı hərbi əməliyyatın başlanması imkanını nəzərdən keçirir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
3
missiya.az

5Mənbələr