AZ

Sabah bu yol bağlanacaq

Bakı. Trend:

21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanışosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektronməlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada sontamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyatvasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlərdəyişdiriləcək.

Trend xəbərverir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin hərəkətiştirakçılarına müraciətində qeyd olunub.

Bildirilir ki, məhdudiyyət 21 fevral tarixində saat 00:00-dan05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu"metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu"metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən)Hava limanı istiqamətində tətbiq ediləcək.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkanşosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələnsürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinəistiqamətləndiriləcək.

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinəalternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə dəhərəkət edə biləcəklər.

Məqalədə:
Seçilən
31
49
az.trend.az

10Mənbələr