AZ

Murat Dalkılıçın ifadəsi ortaya çıxdı Aylıq gəlirini açıqlmalı oldu

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Murat Dalkılıçın aylıq qazancı ortaya çıxıb.

Axşam.az xəbər verir ki, ifaçı prokurorluqda verdiyi ifadə zamanı aylıq gəlirini açıqlayıb.

Polis və prokurorluq əməkdaşlarının apardığı genişmiqyaslı istintaq çərçivəsində ifadəsi alınan Dalkılıç sənətçi kimi qazancını da rəsmi şəkildə deyib. O bildirib ki, aylıq gəliri 250–300 min lirə (13-16 min manat) civarındadır.

Dalkılıç narkotik maddə istifadəsi ilə bağlı ittihamları isə rədd edib. Sənətçi bildirib ki, həyatının heç bir dönəmində narkotik maddə istifadə etməyib.

Qeyd edək ki, ötən gün Dalkılıçla birgə qadağan olunmuş maddə istintaqı çərçivəsində saxlanılan "Duman" qrupunun solisti Kaan Tangöz, aktyor İsmail Hacıoğlu və modelyer Kemal Doğulu sərbəst buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
axsam.az

1Mənbələr