“İmişli” heyətinə yeni oyunçu cəlb edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Orxan Fərəcovu sıralarına qatıb. Onunla imzalanan müqavilənin detalları isə hələlik açıqlanmayıb.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə “Şamaxı-2”, “Keşlə”, “Səbail”, Polşanın “KS CK Troszyn” və “Narew Ostrołęka” klublarında çıxış edib.
Son mövsümlərdə isə o, “Bakı Sportinq” və “Şahdağ”ın formasını geyinib.