AZ

“YeloBank” müştərisinin evini necə ələ keçirib? – VİDEO

Bakı şəhər sakini “YeloBank” tərəfindən evinin əlindən alındığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, şəhər sakini Sahibə İsmayılova “YeloBank”la yaşadığı problem barədə danışıb.

O qeyd edib ki, 2014-cü ildə bankdan 29 min dollar kredit götürüb və dolların bahalaşması nəticəsində borc məbləği sürətlə artıb. İsmayılovanın sözlərinə görə, ödənişlər etsə də, bank borcun 70 min manata çatdığını deyib və onun 120 min manatlıq evini hərrac yolu ilə 45 min manata satıb.

Şikayətçi əlavə edib ki, bank buna baxmayaraq ondan əlavə 15 min manat da tələb edib. Onun iddiasına görə, evdə məcburi köçkün ailə yaşayırdı, lakin bank xəbərdarlıq etmədən qapını dəyişdirib. İsmayılova evi 115 min manata alıcı tapdığını, tələb olunan 15 min manatı da bankın istəyi ilə ödədiyini, lakin daha sonra bankın geri çəkildiyini bildirib.

Sahibə İsmayılova “YeloBank”ın mərkəzi ofisinə müraciət etsə də, rəhbərliklə görüşə şərait yaradılmadığını deyir.

Ətraflı SəsTV-nin videosunda:

@sestv.az YeloBankın vətəndaşa qarşı haqsızlığı #xəbər #xəbərlər #sondəqiqə #sestv ♬ SƏS.TV – Operativ Xəbərlər – orijinal ses – SƏS.TV – Operativ Xəbərlər

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
63
nocomment.az

1Mənbələr