AZ

Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Hüseyn Cavid parkı yaxınlığında, Landau küçəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı təhlükəli anlar yaşanıb.

Avtosfer.az xəbər verir ki, 90-RP-045 qeydiyyat nişanlı "Volkswagen” markalı avtomobil qəfil zolaq dəyişərək arxadan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bildirilir ki, sürücü manevr etməzdən əvvəl dönmə siqnalından istifadə etməyib və yolayrıcını keçmə qaydasını pozub.

Nəticədə arxadan hərəkət edən avtomobillər qəza vəziyyətindən yayınmaq üçün kəskin əyləc tətbiq etməli olublar. Xoşbəxtlikdən hadisə yol-nəqliyyat qəzası ilə nəticələnməyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, sürücü barəsində qanunamüvafiq tədbir  görülüb.

Bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsasən, 100 manat və 3 balla cərimələnir.

Eltac

Oxunub 90

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
avtosfer.az

1Mənbələr