AZ

İspaniyalı həkim: "Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"

"Tez-tez təkrarlanan soyuqdəymə hallarının qeyri-aşkar səbəbi diş fırçası ola bilər".

Azia.az  Oxu.Az-a  istinadən xəbər veir ki, bu barədə ispaniyalı həkim David Kalyexo xəbərdarlıq edib. Mütəxəssis diş fırçasını soyuqdəymə, ishal və ya ağız boşluğunun müxtəlif infeksiyaları zamanı patogen mikroorqanizmlərin çoxalması üçün "dəbdəbəli hotel" adlandırıb.

Həkim bildirib ki, xəstəlikdən tam sağaldıqdan sonra istifadə olunan diş fırçası dəyişdirilməzsə, residiv (xəstəliyin yenidən qayıtması) baş verə bilər. Çünki fırçanın tükləri arasında qalan bakteriya və viruslar orqanizmə yenidən daxil olaraq infeksiya yaradır.

Üstəlik, mütəxəssis əlavə edib ki, diş fırçaları eyni qabda digər ailə üzvlərinin fırçaları ilə yanaşı saxlanılarsa, yoluxma riski daha da artır. "İnfeksiyadan sonra eyni diş fırçasından istifadə etmək, duş qəbul etdikdən sonra çirkli alt paltarı geyinmək kimidir", - deyə David Kalyexo maraqlı müqayisə aparıb.


Seçilən
48
2
azia.az

4Mənbələr