AZ

Məşhur onlayn mağazanın qurucusu Taylandda müəammalı şəkildə öldü

Bakı. Trend:

"ASOS" onlayn-mağazasının həmtəsisçisi Kventin Qriffits müəmmalışəraitdə Tailandda dünyasını dəyişib. Onun 17-ci mərtəbədə yerləşənmənzilindən yıxılaraq həlak olduğu bildirilir.

Trend bu barədəBritaniya KİV-ə istinadən xəbər verir.

Məqalədə qeyd olunur ki, Qriffits son vaxtlar taylandlı keçmişhəyat yoldaşı ilə münaqişə vəziyyətində olub. Qadın onlarınbirlikdə idarə etdikləri şirkətdən 500 min funt sterlinq məbləğindəvəsaiti mənimsəməkdə ittiham edilir.

2025-ci ildə həyat yoldaşı polisə müraciət edərək Qriffitsitorpaq sahəsinin və səhmlərin onun xəbəri olmadan satılması üçünsənədlərin saxtalaşdırılmasında ittiham edib. Həmin vaxt Qriffitshəbs olunmuş, irəli sürülən bütün ittihamları rədd etmiş vədindirildikdən sonra sərbəst buraxılmışdı. Lakin iş üzrə istintaqdavam edirdi.

Qeyd edək ki, "ASOS" 2000-ci ildə Londonda təsis edilmiş BöyükBritaniyaya məxsus geyim və kosmetika onlayn mağazasıdır. Şirkətəsasən gənc kütləyə hədəflənib.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr