AZ

Fələstin İsrailin Sülh Şurasından kənarlaşdırılmasını dəstəkləyib

Fələstin israillilərin Sülh Şurasında iştirakına qarşı çıxır. Bu barədə Fələstinin Avstriyadakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi müşahidəçisi Salah Abdel Şafi bildirib.

“Bizim fikrimizcə, o [İsrailin Baş naziri Benyamin Netanyahu] hərbi cinayətkardır və törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxmalıdır, Sülh Şurasının üzvü olmamalıdır”, — deyə diplomat nəşrə bildirib.

Bundan əlavə, səfir vurğulayıb ki, Qəzza sektorunun humanitar ehtiyacları total xarakter daşıyır. “Qəzza sektorunun məruz qaldığı məhvetmə müharibəsindən sonra orada faktiki olaraq heç nə qalmayıb. İsrail infrastrukturu dağıdıb, səhiyyə sistemini, təhsil sektorunu, məktəbləri məhv edib. Bu gün Qəzza sektoru hər şeyə ehtiyac duyur”, — deyə diplomat qeyd edib.

Seçilən
23
banker.az

1Mənbələr