AZ

Qəbələdə 8 mindən çox abonentin qazı kəsildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Saat 09:00-dan Qəbələ qazpaylayıcı stansiyasının Qəbələ ölçü qovşağı vasitəsilə təbii qazla təchiz edilən 8 054 abonentin qaz təchizatı dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qovşaqdan qidalanan orta təzyiqli qaz xətlərindən qidalanan (Qəbələ şəhəri Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.Ə.Sabir, Haqverdiyev, Musabəyov, V.Qəhrəmanov, P.Həşimov, İ.B.Qutqaşınlı, H.Aslanov, Bakıxanov, Natəvan, F.Rəhimov, A.Səhhət, C.Yusifov, Nəsimi, S.Vurğun, Şəhriyar, H.Əliyev pr, Z.Əliyeva küçələri, Vəndam, Nohurqışlaq, Tüntül, Yengicə kəndləri, Konserv zavod, Peşə məktəbi, Mərkəzi xəstəxana, İqamətgah, Tufandağ, prokurorluq, məhkəmə, icra hakimiyyəti, təndir və qeyri-əhali obyektləri) cəmi 8 054 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
1
oxu.az

2Mənbələr