AZ

İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, pilotlardan biri həlak olub

İranın Həmədan əyalətində gecə təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Bu barədə TABNAK qəzetinin məlumatında qeyd olunub. 

Hadisə Nobaran bölgəsində baş verib.

Qəza nəticəsində pilotlardan biri həlak olub, digəri sağ qalıb.

Xilasetmə qüvvələrinin hadisə yerinə göndərildiyi, qəzanın səbəblərinin araşdırıldığı bildirilir.

Aytac Zeynalova 

Seçilən
62
1
anews.az

2Mənbələr