AZ

“İlk dəfə bunu eşidəndə böyük şok yaşadım"

Aktyor Elməddin Cəfərov haqqında TikTok-a şikayət getdiyini açıqlayıb.
 
Moderator.az Milli.az-a istinadla xəbər verir ki, o, yaşadığı hadisədən dolayı böyük şok yaşadığını bildirib:
 
"İlk dəfə bunu eşidəndə çox şok yaşadım. Kimsə əziyyət çəkib, ərinməyib və TikTok-a rəsmi məktub yazıb ki, guya mən ölkəmizdə şiddəti təbliğ edirəm. Həmin adam bunu edib ki, TikTok məni ümumiyyətlə bloklasın. Mən ora girmirəm, sosial şəbəkələrdən ümumiyyətlə istifadə etmirəm. Amma gördüyümüz işlər var. Niyə axı? Ondansa həmin əziyyəti çək, get evinə çörək pulu qazan da... Gecə yatma, məktub yaz... Bu vaxtı elə ailənə, övladına ayır. Mənə qəribə gəldi ki, bir insan pislik etmək üçün necə əziyyət çəkə bilər?".
 
Seçilən
38
4
moderator.az

5Mənbələr