AZ

Azərbaycanda istismardan çıxarılan avtomobillərin sayı kəskin artıb

Son iki il ərzində Azərbaycanda 21765 avtomobil silinib (qeydiyyatdan çıxarılıb).

Bu barədə Dövlət Statistika Komitəsindən Xezerxeber.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2024-cü ildə 1944, 2025-ci ildə isə 19821 avtomobil silinib.

Beləliklə, 2024-cü ilə nisbətən ötən il istismardan çıxarılan avtomobillərin sayı 10 dəfədən çox artıb. Ehtimal olunur ki, buna əsas səbəb avtomobillərin utilizasiyaya verilməsidir.  

2024-cü ildə təkcə Bakı şəhəri üzrə 879, 2025-ci ildə isə 4216 maşın istismardan çıxarılıb.

Atif Sarıxanlı

Seçilən
31
xezerxeber.az

1Mənbələr