AZ

Epşteyn həbsindən əvvəl ABŞ şirkətinə 27 milyon dollar köçürüb Səbəb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın “Charles Schwab” broker şirkəti Cefri Epşteynin 2019-cu ildə həbsindən əvvəlki 10 gün ərzində onun adından Mərakeşdə daşınmaz əmlak agentinə təxminən 27,7 milyon dollar köçürüb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə istinadən “Reuters” məlumat yayıb.

Agentliyin yazdığına görə, söhbət Mərakeşin Marrakeş şəhərində yerləşən “Bin Ennaxil” sarayının alınması cəhdindən gedir. Sənədlər göstərir ki, broker şirkəti 2019-cu ilin aprelində Epşteynə məxsus şirkətlər üçün üç hesab açıb. Onlardan biri “Southern Trust” adlı şirkətə məxsus olub və həmin şirkət sözügedən sarayı almağa çalışıb. Hesabda Epşteynin mühasibi Riçard Kan səlahiyyətli şəxs, Epşteyn isə şirkətin prezidenti və yeganə faydalananı kimi göstərilib.

“Reuters”in araşdırmasına əsasən, 2019-cu il iyunun 26-dan iyulun 9-dək “Southern Trust” əvvəlcə 11,15 milyon avro (təxminən 12,7 milyon dollar) köçürülməsi barədə göstəriş verib, lakin sonra bu əməliyyat ləğv edilib. Daha sonra Epşteynin imzaladığı yeni göstərişlə 14,95 milyon dollar göndərilib. Halbuki hesabda əvvəlki köçürmənin geri qaytarılması hələ tamamlanmadığı üçün kifayət qədər vəsait olmayıb.

Sənədlərdə qeyd olunur ki, Şvab bu əməliyyatları 2019-cu il iyulun 13-də ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinə (FinCEN) şübhəli fəaliyyət hesabatı kimi təqdim edib. Bu, Epşteynin həbsindən yeddi gün sonraya təsadüf edib.

Şirkət “Reuters”ə göndərdiyi cavabda bildirib ki, 2019-cu ilin aprelində Epşteynlə əlaqəli şəxs tərəfindən hesablar açılıb, az sonra risk qrupu bu hesabları araşdırmağa başlayıb və 60 gün ərzində müştəriyə münasibətlərin dayandırılması barədə məlumat verilib, məsələ federal hüquq-mühafizə orqanlarına yönləndirilib. Şvab konkret detallar barədə danışmaqdan imtina edib.

Mərakeşdəki daşınmaz əmlak agenti Mark Leon Reuters-ə bildirib ki, Epşteyn bu mülkü hələ 2011-ci ildən almağa çalışırdı və danışıqlar illərlə davam edib. Onun sözlərinə görə, Epşteyn 2008-ci ildə məhkumluq cəzasını çəkmişdi və o vaxt Mərakeşdə əmlak almağına hüquqi maneə yox idi.

Qeyd edək ki, Epşteyn 2019-cu ilin avqustunda ABŞ-da azyaşlıların cinsi istismarı ilə bağlı ittihamlar fonunda həbsdə olarkən həbsxanada ölüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
globalinfo.az

2Mənbələr