AZ

Qadınlara qarşı zorakılığa icazə verildi-BU DÖVLƏTDƏ

Əfqanıstan ərazisinə nəzarət edən Taliban (“Taliban” hərəkatı) yeni qanunvericilik aktını qüvvəyə mindirib.

32gun.az Xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Bildirilir ki, qruplaşma tərəfindən açıqlanan yeni cinayət məcəlləsinə əsasən, ərlərə arvadlarına qarşı fiziki güc tətbiq etməyə icazə verilir. Şərt ondan ibarətdir ki, tətbiq edilən zorakılıq ağır xəsarətlə nəticələnməməlidir.

90 səhifədən ibarət olan və “Taliban”ın ali lideri Hibatullah Akhundzada tərəfindən təsdiqlənən sənəd hüquq pozuntularına görə cəzaların sosial statusdan asılı olaraq fərqləndirilməsini nəzərdə tutur.

Məcəllənin 9-cu maddəsinə əsasən, Əfqanıstan cəmiyyəti dörd kateqoriyaya bölünür: dini xadimlər (üləma), elita təbəqəsi (əşraf), orta sinif və aşağı təbəqə.

Ekspertlərin fikrincə, bu bölgü iyerarxik sistem yaradır və faktiki olaraq “azadlar” və “qullar” anlayışını bərpa edir. Qadınların isə hüquqi baxımdan qul statusuna yaxınlaşdırıldığı iddia olunur.

Sənəddə “qulların sahiblərinə”, o cümlədən ərlərə, həyat yoldaşlarına və tabeliyində olan şəxslərə qarşı cismani cəza tətbiq etməyə icazə verən müddəalar yer alır.

Eyni zamanda, əgər hüquq pozuntusu din xadimi və ya elita nümayəndəsi tərəfindən törədilərsə, cəza xəbərdarlıq və ya məhkəməyə çağırışla məhdudlaşır. Orta təbəqə nümayəndələri üçün isə oxşar əməl həbs cəzası ilə nəticələnə bilər. Aşağı təbəqə üçün həm cismani cəza, həm də azadlıqdan məhrumetmə nəzərdə tutulur.

“De Mahakumu Jazaai Osulnama” adlanan cinayət məcəlləsinin artıq ölkənin məhkəmə instansiyalarına göndərildiyi bildirilir. Sənəd Əfqanıstan hüdudlarından kənarda hüquq müdafiəçiləri və fəallar arasında ciddi tənqid və narazılıqla qarşılanıb.

Ayaz 


Seçilən
46
azia.az

1Mənbələr