Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonund 4,2 maqnitudalı zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 06:10-da qeydə alınan zəlzələnin 9,27 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.