AZ

Müdafiə naziri: İsrail ordusu Qəzzada hərbi mövcudluğunu saxlayacaq

Müdafiə

“İsrail qoşunları Qəzza zolağında daimi olaraq qalacaq”.

APA xəbər verir ki, “Ynet” portalının məlumatına görə bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

"İsrail Müdafiə Qüvvələri həmişəlik olaraq Qəzzada qalacaq", - Katz hərbi akademiyada keçirilən məzuniyyət mərasimində deyib.

O, 2025-ci ildə İsrail Hərbi Hava Qüvvələrinin Yəmən və İrana endirdiyi zərbələri xatırladaraq bildirib ki, ordu gələcəkdə də İsrailə qarşı məhv edilmə təhdidlərinə yol verməyəcək, yaxın və uzaq istənilən təhdidə qarşı hərəkətə keçəcək.

Seçilən
16
2
xalqcebhesi.az

3Mənbələr