AZ

Yorğun beyin, zəif reaksiya: xroniki yuxusuzluğun təhlükəli nəticələri

Rusiyada aparılan son müşahidələr əhalinin böyük hissəsinin yuxu problemi ilə üzləşdiyini göstərir.
 
Moderator.az xəbər verir ki, analitik məlumatlara görə, insanların 60 faizindən çoxu normal yuxu rejimini qoruya bilmir.
 
Somnoloqlar bildirir ki, artıq söhbət tək-tək yuxusuzluq hallarından yox, kütləvi xarakter almış sağlamlıq problemindən gedir. Bu vəziyyət yol-nəqliyyat hadisələrinin və istehsalat qəzalarının artmasına, həmçinin əmək məhsuldarlığının aşağı düşməsinə birbaşa təsir edir.
 
Mütəxəssislərin fikrincə, yuxu çatışmazlığı ilk növbədə yaddaş, diqqət və reaksiya sürəti kimi koqnitiv funksiyaları zəiflədir. Xroniki yuxusuzluq zamanı bu təsirlər qalıcı xarakter alır və insan bəzi gecələr kifayət qədər yatdığını düşünsə belə, beyin fəaliyyəti əvvəlki səviyyəyə qayıtmır.
 
Həkimlər xəbərdarlıq edir ki, uzun müddət davam edən yuxu çatışmazlığı ürək-damar xəstəlikləri, depressiya və hormonal pozuntular riskini də artırır. /Musavat.com/
 
Seçilən
73
1
moderator.az

2Mənbələr