AZ

İranda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Hadisə Həmədan vilayətində baş verib, iki pilotdan biri həlak olub...

İranın qərbində yerləşən Həmədan vilayəti ərazisində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı Fars Agentliyi yayıb.

Bildirilib ki, təyyarənin göyərtəsində iki pilot olub. Onlardan biri həlak olub, digəri barədə isə əlavə məlumat verilməyib.

Vilayət qubernatorunun müavini Həmzə Əmrai qəzanın səbəblərinin araşdırıldığını açıqlayıb. O, hadisənin detalları barədə əlavə məlumat paylaşmayıb.

Məlumata görə, təyyarə gecə təlim uçuşu həyata keçirirmiş.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr