Rusiya Müdafiə Nazirliyi “İsgəndər” kompleksi ilə hərbi təyinatlı obyektin vurulduğunu bildirirb...
Poliqon xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində hərbi təyinatlı obyektə “İsgəndər” raket kompleksi ilə zərbə endirildiyini bəyan edib.
Məlumata görə, Çerniqov vilayətinin Nijın rayonu yaxınlığında əməliyyat, taktiki raket kompleksi ilə uzaqmənzilli zərbə dronlarının saxlanıldığı meydança və anbarlar məhv edilib. “Şimal” qoşun qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Vasili Mejevoy bildirib ki, qarşı tərəf 90-dan çox pilotsuz uçuş aparatı, eləcə də iki taqıma qədər heyət itirib. Açıqlamanın görüntüləri Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.
Nazirlik bundan əvvəl “İsgəndər” ailəsinə aid raket kompleksinin tətbiqi barədə fevralın 2-də məlumat vermişdi. Həmin vaxt zərbənin Dnepropetrovsk vilayətindəki hədəflərə endirildiyi açıqlanmışdı.
Poliqon.info