AZ

Tramp yadplanetlilər və NUO ilə bağlı sənədləri açıqlamaq niyyətindədir

ABŞ prezidenti müvafiq qurumlara dövlət sənədlərinin dərcinə başlamağı tapşırdığını bildirib...

Poliqon xəbər verir ki, Donald Tramp naməlum uçan obyektlər və yadplanetli həyatla bağlı dövlət sənədlərinin açıqlanması üçün ABŞ Müdafiə Nazirliyi və digər qurumlara göstəriş verdiyini bəyan edib. Onun sözlərinə görə, sənədlər “yadplanetli və Yer kürəsindən kənar həyat” mövzusu ilə bağlıdır.

Truth Social sosial şəbəkəsində paylaşım edən Tramp mümkün məxfilikdən çıxarılma prosesini “son dərəcə mürəkkəb, lakin olduqca maraqlı və vacib məsələ” adlandırıb. O, qərarını cəmiyyətdə bu mövzuya böyük marağın olması ilə əsaslandırıb.

Fevralın 15-də ABŞ-nin sabiq prezidenti Barak Obama müsahibəsində “haradasa həyatın mövcud olması ehtimalının yüksək olduğunu” söyləyib. O, zarafatla prezidentliyi dövründə “Yer kürəsindən kənar sivilizasiyaların bizimlə əlaqə saxladığına dair heç bir sübut görmədiyini” əlavə edib.

Fevralın 19-da Tramp bildirib ki, Obama bu mövzuda danışmaq səlahiyyəti olmadığı halda “məxfi məlumatları açıqlayıb”.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr