AZ

ABŞ da 13 ştat Tramp administrasiyasına qarşı çıxıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

“Biz Trampa gələcəyimizi - yaşıl qrantların ləğvi ilə ən böyük donorlarına satmasına icazə verməyəcəyik”.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu, Kaliforniya qubernatoru Qevin Nyusomun bəyanatında yer alıb.

Qubernatorun sözlərinə görə, Kaliforniya və daha 12 ştat təmiz enerji layihələrinə ayrılan 1,2 milyard dollarlıq qrantın ləğvi ilə bağlı Tramp administrasiyasına qarşı iddia qaldırıb.

Kaliforniya Qubernatorluğunun mətbuat xidməti Ağ evin qrantları ləğv etməsini “qanunsuz” adlandıraraq, belə bir addımın 200 mindən çox insanın məşğulluğunu təhlükə altına atdığını və səhiyyə xərclərinə ildə təxminən 3 milyard dollar qənaət edə biləcək layihələrə xələl gətirdiyini qeyd edib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
reyting.az

1Mənbələr