AZ

Azərbaycan Qəzza üçün maliyyə yardımı paketində deyil, investisiya layihələrində iştirak edə bilər

Azərbaycan Sülh Şurası çərçivəsində Qəzza zolağı üçün 7 milyard dollarlıq maliyyə yardımı paketində iştirak etməyi planlaşdırmır. Oxuməni.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev sosial mediada bildirib.

"Təsisçi üzv dövlət olaraq Azərbaycan Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir. Lakin bir məsələni aydınlaşdırmaq istərdim. Xüsusilə, Sülh Şurasının bugünkü iclasında elan edilən Qəzza üçün 7 milyard dollarlıq maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmayıb", - deyə o yazıb.

Onun sözlərinə görə, Azərbaycan gələcəkdə Sülh Şurası vasitəsilə Qəzzada investisiya layihələrində iştirak etməyi nəzərdən keçirə bilər.

Sülh Şurasının ilk iclasında ABŞ prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırmağa razı olduğunu açıqlayıb.

Prezident xərclənən hər dolları "sabitliyə qoyulan investisiya" adlandıraraq bildirib: "Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin birlikdə 7 milyard dollardan çox yardım ayırdığını elan etməkdən məmnunam. Bu, möhtəşəmdir".

Əziz MUSTAFA

Seçilən
60
oxumeni.az

1Mənbələr