AZ

NASA rəhbəri "Starliner" insidentinə görə əvvəlki rəhbərliyi ittiham etdi

NASA rəhbəri "Starliner" insidentinə görə əvvəlki rəhbərliyi ittiham etdi

NASA rəhbəri Cared Ayzekman "Boeing Starliner" layihəsindəki uğursuzluğa görə qurumun əvvəlki rəhbərliyini sərt tənqid edib.

AFN.az xəbər verir ki, NASA-nın yaydığı rəsmi bəyanatda 2024-cü ilin iyununda gəminin mühərriklərində yaranan nasazlıq "birinci dərəcəli" insident kimi tanınıb. Bu kateqoriya kosmik aparatın itirilməsi və ya kritik maliyyə zərəri ilə nəticələnən ən ağır hadisələrə şamil edilir.

Ayzekman bildirib ki, NASA-nın satınalma proqramındakı zəif nəzarəti "Boeing"in texniki qüsurlarına göz yumulmasına və aparatın səhv sertifikatlaşdırılmasına yol açıb. Onun sözlərinə görə, agentliyin mütləq iki fərqli daşıyıcı gəmiyə sahib olmaq istəyi risklərin düzgün qiymətləndirilməsinə mane olub.

Xatırladaq ki, astronavtlar Barri Vilmor və Sunita Vilyams "Starliner"dəki problemlər ucbatından BKS-də 9 ay qalmalı olmuşdular. Onlar yalnız 2025-ci ilin martında İlon Maskın sahibi olduğu "SpaceX" şirkətinin gəmisi ilə Yerə qayıda biliblər. Hazırda agentlik bu cür texniki boşluqların gələcəkdə təkrarlanmaması üçün idarəetmə sistemində ciddi islahatlar aparır.

Seçilən
54
afn.az

1Mənbələr