AZ

Zelenski Yaponiya ilə müdafiə əməkdaşlığının inkişafına ümid edir

Zelenski Yaponiya ilə müdafiə əməkdaşlığının inkişafına ümid edir

Ukrayna Yaponiya ilə müdafiə sahəsində əməkdaşlığın inkişafını hədəfləyir və Baş nazir Sanae Takaiçinin müdafiə məhsullarının ixracını genişləndirmək kursunu alqışlayır.

AFN.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın "Kyodo" agentliyinə verdiyi müsahibədə bildirib. Zelenski xüsusilə hava hücumundan müdafiə sistemlərinin (HHM) Ukrayna üçün həyati əhəmiyyətini vurğulayaraq, Takaiçi hökumətinin bu istiqamətdə dialoq dəhlizi açacağına ümidvar olduğunu qeyd edib.

Məlumata görə, Yaponiya hakimiyyəti müəyyən şərtlər daxilində silahlı münaqişə tərəfi olan ölkələrə müdafiə məhsullarının ixracına icazə verməyi planlaşdırır. Hazırda Tokio yalnız ölümcül olmayan beş sahə üzrə (xilasetmə, nəqliyyat, xəbərdarlıq, müşahidə və minalardan təmizləmə) avadanlıq tədarük edə bilər. Lakin Sanae Takaiçi hökuməti bu məhdudiyyətləri aradan qaldırmağı və 2026-cı ilin mart ayına qədər müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmağı hədəfləyir.

Qeyd edək ki, Yaponiya indiyədək Ukraynaya 100-ə yaxın nəqliyyat vasitəsi, zirehli jiletlər və digər texniki yardımlar göndərib. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin Ukraynaya vəd etdiyi ümumi yardım paketi artıq 20 milyard dollara çatıb.

Seçilən
25
afn.az

1Mənbələr