AZ

YouTube-un ilk videosu Londonun məşhur muzeyində eksponat oldu

YouTube-un ilk videosu Londonun məşhur muzeyində eksponat oldu

YouTube onlayn platformasına 20 ildən çox əvvəl yüklənmiş ilk video çarx Londonun məşhur Viktoriya və Albert Muzeyinin (V&A) rəsmi eksponatı siyahısına daxil edilib.

AFN.az xəbər verir ki, bu tarixi video hostinqin ən erkən versiyalarından birinin rekonstruksiya edilmiş səhifəsi ilə birlikdə nümayiş olunur. Muzey rəsmiləri bu addımın internet mədəniyyətinin və rəqəmsal tarixin sənədləşdirilməsi məqsədi daşıdığını bildiriblər. Sərgi çərçivəsində YouTube-un 8 dekabr 2006-cı il tarixinə olan dizaynı və interfeysi xüsusi olaraq bərpa edilib.

"Mən zooparkda" (Me at the zoo) adlı 19 saniyəlik video çarx 2005-ci ilin aprelində platformanın həmtəsisçilərindən biri olan Cavid Kərim tərəfindən yüklənib. San-Dieqo zooparkında çəkilən görüntülər istifadəçi tərəfindən yaradılan məzmun (UGC) dövrünün başlanğıcı hesab olunur.

Eksponat hazırda muzeyin "Design 1900–Now" qalereyasında nümayiş etdirilir və rəqəmsal dizayn tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Bu, internet kontentinin rəsmi incəsənət və dizayn obyekti kimi qəbul edilməsinin nadir nümunələrindən biridir.

Seçilən
61
afn.az

1Mənbələr